Qonşu ölkədə sürücülərə gözlənilməz qadağa

30.10.2026

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Rusiyada sürücülük təcrübəsi üç ildən az olan şəxslərin güclü mühərrikli avtomobilləri idarə etməsinə qadağa qoyulması təklif edilib.

Musavat.com xəbər verir ki, Rusiya Milli Avtomobil İttifaqı bununla bağlı təşəbbüslə ölkənin Daxili İşlər Nazirliyinə müraciət edib.

Təklifə əsasən, sürücülük təcrübəsi üç ildən az olan şəxslərin mühərrikinin gücü 150 at qüvvəsindən artıq avtomobilləri idarə etməsi qadağan oluna bilər. pizza mizza

Yeni qaydanı pozan sürücülərin 5 min rubldan 15 min rubla qədər cərimələnməsi təklif edilir.

Milli Avtomobil İttifaqının təqdim etdiyi məlumatlara görə, Rusiyada baş verən yol-nəqliyyat hadisələrinin təxminən üçdə biri təcrübəsiz sürücülərin hərəkətləri ilə əlaqələndirilir.

İttifaqın nümayəndələri bildiriblər ki, təcrübəsiz sürücülər çox vaxt yüksək sürətlə avtomobil idarə etməyin yaratdığı təhlükələri düzgün qiymətləndirmir və hərəkətin real sürətini hiss etməkdə çətinlik çəkirlər.

Həmçinin qeyd olunur ki, bəzi gənc sürücülər yol hərəkəti qaydalarını bilərəkdən pozur, təhlükəli manevrlər edir və həmin görüntüləri sosial şəbəkələrdə paylaşırlar.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью