Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı RƏSMİ

17.06.2026

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bəzi ölkələrdən idxal olunan avtomobil təkərləri ilə bağlı antidempinq araşdırması başlanıb.

Avtosfer.az xəbər verir ki, bununla bağlı Türkiyə Ticarət Nazirliyi tərəfindən hazırlanmış “İdxalda ədalətsiz rəqabətin qarşısının alınması haqqında Kommunike” Rəsmi Qəzetdə dərc olunaraq qüvvəyə minib.

Sənəddə Çexiya, Cənubi Koreya, Serbiya və Slovakiyadan idxal edilən minik avtomobili təkərlərinə qarşı başlanılan antidempinq araşdırmasının prosedur və prinsipləri əks olunub.

Bildirilib ki, araşdırmanın başlanılması ilə bağlı müraciət yerli istehsalçılar olan “Petlas Lastik Sanayi AŞ” və “Kocaeli Lastik Sanayi AŞ” tərəfindən edilib. Müraciətə həmçinin “Sumitomo Rubber Ako Lastik Sanayi ve Ticaret AŞ” dəstək verib.

Ticarət Nazirliyinin apardığı ilkin qiymətləndirmə zamanı təqdim olunan məlumatlar, sənədlər və sübutlar araşdırılıb. Nəticədə dempinq iddialarının araşdırılması üçün kifayət qədər əsasların olduğu qənaətinə gəlinib.

Bununla əlaqədar olaraq, Çexiya, Cənubi Koreya, Serbiya və Slovakiyadan idxal edilən minik avtomobili təkərləri ilə bağlı rəsmi antidempinq araşdırmasının başlanmasına qərar verilib.

Araşdırmanın nəticələrindən asılı olaraq sözügedən məhsulların idxalına qarşı əlavə tədbirlərin görülməsi ehtimal olunur.

Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью