Qonşu ölkədə zəlzələ: Qızıl Aypara səfərbər edildi

31.08.2026

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tehranın şərqində yerləşən Pərdis şəhərində 3,8 maqnitudalı zəlzələ baş verib.

Modern.az xəbər verir ki, bu barədə Tehran Universitetinin Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların ocağı 8 kilometr dərinlikdə yerləşib.

Zəlzələdən sonra Tehran Qızıl Aypara Cəmiyyəti hazırlıq vəziyyətinə gətirilib.

Tehran Təcili Tibbi Yardım Mərkəzindən verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью