Qonşu ölkələrdə dollar kəskin bahalaşır Azərbaycanda yaxın 6 ayda... | Icma.az
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İranda, Qazaxıstanda dollar bahalaşıb, Rusiyada da rubl dəyərini itirir. Türkiyədə də xeyli vaxtdır bu tendensiya hökm sürür.
Məsələ ölkəmizdə müzakirələrə səbəb olub. Az qala hər kəsi eyni sual düşündürür: Manatın aqibəti necə olacaq? Devalvasiya gözlənilirmi?
Globalinfo.az-a danışan iqtisadçı Elçin Qurbanov söhbətə Rusiya ilə başlayıb.
Belə ki, o, Rusiya rublunun dollar qarşısında ucuzlaşması ilə əlaqəli bu günlərdə xüsusi sıçrayışların olmadığını bildirib: “Ən yüksək sıçrayış 27 noyabr tarixində 1 dolların 113.4 rubl səviyyəsinə yüksəlməsi olub.
Bu ilin 11 dekabrında 105.50, 15 dekabr isə bir qədər ucuzlaşaraq 103.36 rubl səviyyəsində qərarlaşıb.
2023-cü ilin həmin tarixindəki məzənnə 1 dollar 90.62 rubl müəyyən edilmişdi.
Yəni ötən ilin eyni tarixindəki məzənnəyə nisbətən 14.07 faiz və ya 12.75 rubl artım qeydə alınıb.
Tam oxu
Xəbəri oxu