GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Son günlər ictimaiyyətdə ən çox müzakirə olunan mövzulardan biri ərzaq məhsullarının qiymətləridir.
Bir çox vətəndaş bildirir ki, məhsullar Gürcüstana, Qazaxıstana və digər ölkələrə də eyni mənbədən gətirilsə də, Azərbaycanda daha baha satılır.
Bunun səbəbi nədir və bu vəziyyət necə tənzimlənməlidir? Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, qiymətin fərqli olması ve
Əsas səbəblərdən biri vergi və gömrük sistemidir. Bizim ölkədə bir çox məhsullara maksimum 15 faiz gömrük rüsumu tətbiq olunur.
Üstəlik, ƏDV 18 faizdir və bu da qiymətə əlavə olunur. Bu, qiymət fərqini yaradan obyektiv amillərdir”.
İqtisadçının sözlərinə görə, Azərbaycanda kiçik sahibkarların vergi yükü kifayət qədər yüksəkdir: Natiq Cəfərli “Gürcüstanda illik dövriyyəsi 500 min laridən (təxmini 315 min 450 manat) az olan sahibkarlar cəmi 1 faiz vergi ödəyirlər.
Bu tipli vergi və gömrük fərqləri nəticədə məhsulun son qiymətinə ciddi təsir göstərir”.