Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq. Azərbaycanda zaman-zaman seçki sisteminin dəyişdirilməsi təklif edilir.
Belə ki, seçkini proporsional, yəni partiya siyahıları üzrə keçirilməsinin mümkünlüyü barədə tez-tez yerli mediada müzakirələr gedir.
Lakin qonşu Gürcüstanda baş verən son olaylar bu sistemin riskli tərəflərinin də olduğunu göstərir.
Bəzi ekspertlər deyir ki, proporsional seçki sistemi həssas mərhələlərdə dövlətin dayaqlarını laxlatmaq, təsir etmək üçün hazır mexanizmdir.
Ekspertlər Gürcüstanda baş verənlərə bu kontekstdən baxıb, dəyərləndirmə aparmağın vacibliyini qeyd edirlər.
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, müstəqilliyini yeni qazanmış dövlətlərdə adətən iki məsələ önəmli olur: “1.
Demokratiya; 2. Sabitlik və təhlükəsizlik. Bu iki məsələ arasında adətən bir seçim edilməli olur.
Yəni yeni qurulan dövlət üçün hansı daha prioritetdir. Adətən sabitlik və təhlükəsizlik məsələləri daha vacib görülür və demokratiyanı üstəl