Qonşu ölkəyə yayda qar yağdı

02.09.2025

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Rusiyaya, İrkutsk vilayətinin Tulun şəhərinə payızda qar yağıb.

BAKU.WS xəbər verir ki, bu barədə görüntüləri "Mash" Telegram kanalı yayıb.

Bildirilib ki, sentyabrın 2-nə keçən gecə Rusiya şəhərində güclü yağış yağıb. Hadisə şahidlərinin sözlərinə görə, əvvəlcə yağış, sonra dolu, sonra isə qar müşahidə edilib. Tulun küçələrini su basması ciddi tıxaclara səbəb olub.

Qeyd edək ki, daha əvvəl Rusiya Hidrometeorologiya Mərkəzinin rəhbəri Roman Vilfand Rusiyanın bir sıra regionlarına yaxın günlərdə təhlükəli hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Proqnozlara görə, Cənub, Şimali Qafqaz, Ural, Sibir və Uzaq Şərq rayonlarında şaxta gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью