Qonşu qadınla yumurtaya görə başlanan mübahisə qanla bitdi

08.07.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Gəncə Ağır Cinayətlər Məhkəməsində qonşu qadını qətlə yetirməkdə təqsirləndirilən Şəmkir rayon sakini Fariz Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə F.Əliyev 13 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə Şəmkir rayonunun Zəyəm-Çırdaxan kəndində baş verib. Kənd sakini F.Əliyevin iti qonşusu Əntiqə Məmmədovanın toyuqlarının yumurtasını yeyib. Ə.Məmmədova buna görə F.Əliyevə irad tutub və ondan dəymiş ziyana görə 7 manat tələb edib.

F.Əliyev axşam saatlarında Ə.Məmmədovanın evinə gələrək ona 7 manat verib geri qayıdanda aralarında mübahisə yaranıb. Mübahisə zamanı Ə.Məmmədova F.Əliyevi söyüb təhqir edib. Geri qayıdan F.Əliyev qadını dirsəyi ilə vurub yıxıb. O, evi tərk edərkən Ə.Məmmədova onun ölənlərinin qəbrini söyüb. Bundan əsəbiləşən F.Əliyev həyətdən bıçağı götürərək geri qayıdıb və qadına 6 bıçaq zərbəsi endirib.

Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb və F.Əliyev saxlanılıb.

Samir Əli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью