Icma.az, Moderator.az portalına istinadən məlumat verir. Bəşər Əsəd Suriyanın 16-cı prezidentidir.
Ondan əvvəl bu dövlətə 29 il boyunca (1971-2000-ci illərdə) onun atası Hafiz Əsəd rəhbərlik edib.
Əsəd ailəsinin 53 ildir davam edən hakimiyyəti bu günlərdə yeni sınağa məruz qalıb və güman edilir ki, bu dəfə həm ölkədaxili siyasi qüvvələrin, həm də xarici dövlətlərin elan edilməmiş anti-Əsəd koalisiyasının ardıcıl zərbələri Suriyada hakimiyyət dəyişikliyinə gətirib çıxaracaq.
Ölkənin ən böyük şəhərini - Hələbi götürən müxaliflər əldə etdikləri ilə qane olana oxşamırlar.
Suriya əsrlər boyunca Osmanlı imperiyasının müstəmləkəsi olub.
Sonra bu regiona Fransa yerləşib və 1941-ci ildə Fransa Suriyaya müstəqillik verib.
1941-ci ildən 1971-ci ilə qədər keçən dövrdə Suriyada qeyr-sabitlik hökm sürüb və dəfələrlə hakimiyyət dəyişikliyi olub, 14 dövlət başçısı bir-birini əvəz edib.
30 ildə 14 prezident dəyişən Suriya sonrakı 53 ildə hakimiyyət dəyişikliyi sarıdan sabit dövrə qədəm qoyub.