Qonşular arasında dava: Ana və oğlu döyüldü

01.06.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Mingəçevirdə qonşular arasında düşən mübahisə ana və oğlunun döyülməsi ilə nəticələnib.

Axar.az-ın Teleqraf-a istinadən məlumatına görə, hadisə şəhərin keçmiş 5 saylı Dəmir Beton Məmulatları Zavodu ərazisində müvəqqəti olaraq məskunlaşan keçmiş məcburi köçkünlər arasında yaşanıb.

Ağdam rayon sakinləri olan 1970-ci il təvəllüdlü Cəfərova İradə Qədir qızı və 1994-cü il təvəllüdlü oğlu Cəfərov Ramal Azər oğlu qonşuda yaşayan kişi ilə mübahisə və münaqişə zəmnində döyülüblər.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsində araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью