Qonşular dörd uşaq anasının qətlindən danışdılar

30.09.2026

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakının Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində 4 uşaq anası olan 40 yaşlı Esmira Ağalarova boğularaq öldürülməsi ilə bağlı bəzi detallar məlum olub.

Bakıvaxtı.az-ın xəbərinə görə, qadının əri tərəfindən öldürüldüyü iddia edilir.

Qonşulardan birinin sözlərinə görə, ailə bir neçə həftədir ki, burada kirayə yaşayırlarmış:

"Yeni köçmüşdülər. Biz onları həmişə xoşbəxt ailə kimi görmüşük, lakin daxildə nə baş verib onu bilmirik. Bir neçə həftədir ki, onlar buraya gəlmişdilər. Nə ər, nə də arvadda səhv görməmişik".

Qeyd edək ki, polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən şəxs - qadının əri Rafət Ağalarov tutularaq istintaqa təhvil verilib.

İddialara görə, qadın ərindən boşanmaq istəyib. Cinayət də məhz bu səbəbdən yaranan mübahisə zəminində baş verib.

Daha ətraflı APA TV-nin videomaterialında:

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью