Qonşuları məşhur futbolçudan polisə şikayət etdi

09.06.2026

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Fənərbaxça"nın kolumbiyalı keçmiş futbolçusu Con Durandan qonşuları polisə şikayət edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, buna hücumçunun evində gecə saatlarına qədər davam edən yüksək səsli musiqi və əyləncə məclisləri təşkil etməsi səbəb olub. 

22 yaşlı futbolçunun Kolumbiyanın Antioquia bölgəsində yerləşən bağ evindəki partilərin səs-küyü qonşuları narahat edib. 

Kolumbiya mətbuatının yaydığı xəbərə görə, yerli əhali narahatlığını yaşayış kompleksinin idarəçiliyinə və polisə deyib.

Qonşular səs-küyün xüsusilə gecə saatlarında artdığını və istirahət hüquqlarının pozulduğunu iddia ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью