Qonşuları narahat edənlər 200 manat cərimələnəcək EKSPERT RƏYİ | Icma.az
Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Hər nə qədər mentalitet güclü olsa da, hər bir insan hüququna hörmət tələb etməlidir"Gecə vaxtı, sübh zamanı, elə axşam çağı da insanların istirahət saatları hesab edilir.
Bu vaxtlarda ətrafdakıları narahat edən davranışlara yol vermək, səs-küy salmaq qeyri-etik davranışlar, mədəniyyətsizlikdir”.
Bu sözləri “Şərq”ə açıqlamasında psixoloq Fərqanə Mehmanqızı söylədi.
Qeyd edək ki, gecə, sübh saatlarında bəzən qonşuların səs-küy salması, yaşayış binalarının yaxınlığında uyğunsuz vaxtlarda təmir işlərinin aparılması zamanı yaranan səs-küyün sakinlərin rahatlığını pozmasıyla bağlı sosial şəbəkələrdə tez-tez paylaşımlar edilir.
İnsanlar istirahət vaxtlarında kənardan eşidilən səslərin, hay-küyün onları narahat etdiyini bildirirlər.
Qanımıza hopmuş mentalitetə daxil olmuş “qonşuya zaval yoxdur” ehkamı təbii ki, üstün gəlir və kimsə qonşudan şikayətçi olmur.
Amma bolluca deyinir, qarasınca asıb-kəsirik. Əslində isə uyğunsuz zamanlarda səs-küy salınmasına görə konkret cəza növü nəzərdə tutulur.
Tam oxu
Xəbəri oxu