Qonşularını öldürüb basdırmışdılar Cəzaları məlum oldu

27.10.2026

Icma.az, Olke.az saytına istinadən bildirir.

Ölkə.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Elşən Müzəffərov, Qasım Xankişiyev hər biri 16 il 6 ay, Gülnar Müzəffərova 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında Bakının Qaradağ rayonunun Sənqəçal qəsəbəsində baş verib.

İstintaqla müəyyən olunub ki, qəsəbə sakini, 1986-cı il təvəllüdlü Səxavət İsmayılov qonşuları 1995-ci il təvəllüdlü Elşən Müzəffərov və arvadı 1997-ci il təvəllüdlü Gülnar Müzəffərova tərəfindən yaşadıqları evin həyətində boğularaq öldürülüb, meyiti isə həyətlərində basdırılıb.

Qətli törətməkdə şübhəli bilinən şəxslər hadisədən sonra saxlanılıb.

İbtidai istintaq zamanı cinayət işində iştirakçı kimi şübhəli bilinən daha bir nəfər Qasım Xankişiyev də müəyyən olunaraq saxlanılıb.

Onların barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью