Qonşumuzda daha bir polis zabiti güllələndi

24.02.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Fevralın 23-ü axşam saatlarında İranın Kirman əyalətinin Ciroft şəhərində polis zabiti güllələnərək qətlə yetirilib.

Axar.az xəbər verir ki, bu barədə Kirman əyalətinin Polis İdarəsinin rəisi Nasir Fərşid məlumat yayıb.

Məlumata görə, Məhəmməd Zeynabadı naməlum silahlı şəxslərin hücumuna məruz qalıb.

Hücumçuların müəyyən edilərək saxlanılması ilə bağlı axtarış əməliyyatlarının başladığı bildirilib.

Qeyd edək ki, eyni gündə Sistan və Bəluçistan əyalətinin Xaş şəhərində də Məhəmmədrza Sendi adlı zabit öldürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью