Qonşunun həyətində saxladığı avtomobilə görə sosial yardımı dayandırıldı VİDEO

22.06.2026

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Qonşu maşınını həyətimizdə saxladığı üçün ailəmizə verilən sosial yardım dayandırılıb”.

Gununsesi.info xəbər verir ki, bu iddia ilə “Xəzər Xəbər”in vatsap qaynar xəttinə Gədəbəy rayonunun Şahdağ kəndində yaşayan Teymurovlar ailəsi müraciət edib.

Ailənin üzvü Asəf Teymurov deyir ki, atası Əfqan Teymurovun müraciəti əsasında yaşadıqları ünvanda onların maddi-məişət şəraitinin müayinəsi aparılıb. Bundan sonra ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsinin olduğu əsas gətirilərək sosial yardımın verilməsindən imtina edilib.

Ailə isə bu qərarla razılaşmır. Asəf Teymurov bildirir ki, ailənin mülkiyyətində kimi göstərilən nəqliyyat vasitəsi əslində qonşuya məxsus olub.

Vətəndaş imtina səbəbinin əsassız olduğunu bildirərək, Ünvanlı Dövlət Sosial Yardımının bərpa olunması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 qaynar xəttinə müraciət edib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью