Qonşusunu 6 ay əvvəl söydüyü söyüşə görə bıçaqladı

05.05.2025

Icma.az bildirir, Azpost saytına əsaslanaraq.

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Sahib Babayevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 11 ay 28 gün müddətə azadlıqdan məhrum edilib və məhkəmə iclas zalından həbsə alınıb.

İttihama görə, hadisə 2024-cü ildə Abşeron rayonu, Aşagı Güzdək qəsəbəsində qeydə alınıb.

Belə ki, Sahib Babayev qonşusu, zərərçəkmiş Elşən Dəmirçiyevlə (soyadı şərtidir) mübahisə edib. Buna səbəb isə zərərçəkmişin 6 ay əvvəl onun ünvanına nalayiq ifadələr işlətməsi olub. Bu zaman təqsirləndirilən şəxs əlində olan bıçağın tiyəsi ilə sağ sağrı nahiyəsindən, yumruq və təpiklə sol bazu nahiyəsindən qəsdən vurub yerə yıxıb. Nəticədə Sahib qonşusuna onun sağlamlığına az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirib.

Hadisədən sonra Sahib Babayev saxlanılıb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью