Qonşusunu avtomobillə vurmaq istədi, PİYADANI VURDU: Qadın hasardan asılı qaldı VİDEO

22.03.2025

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Avtomobillə vurulan qadın piyada hasardan asılı qalıb. Avtosfer.az xəbər verir ki, Hindistanda baş verən hadisənin görüntüləri sosial şəbəkədə paylaşılıb.

Belə ki, minik avtomobilinin sürücüsü aralarında problem yaşadığı motosikletli qonşusunu yolda görüb və onu maşınla vurmaq istəyib. Lakin qonşusu qaçmaq istəyərəkən yol kənarı ilə hərəkət edən qadını vurub. Zərbənin təsirindən qadın piyada bir neçə metr havada uçaraq bir həyət evinin hasarının dəmir barmaqlığının üzərinə düşərək orada asılı qalıb. İdarəetməni itirən motosikletli isə aşıb.

Qəza nəticəsində qadın və motosikletli xəsarət alıblar.

İndi acıqlı qonşu törətdiyi hadisənin cavabını məhəkəmədə verməli olacaq.

Sözügedən hadisənin videosunu təqdim edirik:

Namiq Musayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью