Qonşusunu bıçaqladı, tutuldu | Icma.az
Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq. Göygöldə bıçaqlanma hadisəsi baş verib.
Globalinfo.az xəbər verir ki, hadisə rayonun Qızılca kəndində qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü N.Əsgərov diz nahiyəsinin və qolununun kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Dərhal xəstəyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. İddialara görə, 41 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Globalinfo.az-a verilən məlumata görə, Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 49 yaşlı V.Qədirov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır. Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu