Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Mixail Qorbaçovu hakimiyyətə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) sədri Yuri Andropov gətirməyib.
Axar.az xəbər verir ki, bunu keçmiş SSRİ DTX-nin polkovniki Aleksey Yeqorov “Naçionalnaya oborona” jurnalına müsahibəsində deyib.
“Yalnız bildiyimi deyəcəyəm. Qorbaçovu irəli çəkən şəxslər əvvəllər Stavropol diyarında işləmiş Mixail Andreyeviç Suslov və Fyodor Davidoviç Kulakov idi. Kulakovun ölümündən sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Leonid Brejnev Qorbaçovu öz yerinə potensial namizəd kimi göstərdi, Suslov isə onu dəstəklədi. Yuri Vladimiroviç Andropov təşəbbüskar deyil, əksinə, skeptik idi”, - Yeqorov bildirib.