Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
SSRİ-nin sonuncu prezidenti Mixail Qorbaçovun köməkçisi və müşaviri Karen Qaragözyan bu gecə Moskvada vəfat edib. AzPostMK-ya istinadla xəbər verir ki, 89 yaşlı Qaragözyan gecə saat 3 radələrində Spiridonovka küçəsindəki mənzilində ölüb.
Qeyd edək ki, Karen Qaragözyan “Za Rubezhom” nəşrinin redaksiya heyətinin üzvü olub. 1991-ci ildən SSRİ Prezidentinin mətbuat xidmətində işləməyə başlayıb. Daha sonra Beynəlxalq Əlaqələr Xidmətinin rəis müavini olub. O, Almaniyaya bir neçə səfərdə Mixail Qorbaçovu müşayiət edib.