Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Fransanın “Lill” futbol komandasının hücumçusu Matias Fernandes-Pardo İngiltərənin “Nyukasl Yunayted” futbol klubunun maraq dairəsinə düşüb.
İdman.Biz xəbər verir ki, “sağsağanlar” 21 yaşlı belçikalı futbolçunu İspaniyanın “Barselona” futbol klubuna keçən Entoni Qordonun mümkün əvəzləyicilərindən biri kimi nəzərdən keçirirlər.
Məlumata görə, İngiltərə klubu hücum xəttini gücləndirmək üçün Liqa 1 bazarına üz tutub. Fernandes-Pardo ilə yanaşı, Fransanın “Lion” futbol komandasından Malik Fofana da “Nyukasl Yunayted”in siyahısında yer alır.
“La Gazzetta dello Sport” isə Fernandes-Pardoya marağın təkcə “Nyukasl Yunayted”lə məhdudlaşmadığını yazır. Futbolçu ilə İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, Almaniyanın “Borussiya Dortmund” və İspaniyanın “Barselona” futbol klubları da maraqlanır.
Fernandes-Pardo 2024-cü ilin yayından “Lill”də çıxış edir. “Transfermarkt”ın məlumatına görə, onun Fransa klubu ilə müqaviləsi 2029-cu il iyunun 30-dək qüvvədədir.
Belçikalı hücumçu 2025/2026 mövsümündə Liqa 1-də 29 oyuna çıxıb, səkkiz qol vurub və beş məhsuldar ötürmə edib.