Qoretska Bundesliqada klubunu dəyişə bilər

19.02.2026

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mövsümün sonunda "Bavariya" ilə müqaviləsi başa çatan Leon Qoretska Bundesliqada klubunu dəyişə bilər.

Apasport.az xəbər verir ki, "Bayer" yayda azad agent statusunda olacaq 31 yaşlı yarımmüdafiəçini heyətinə qatmağı planlaşdırır.

Bu barədə "Bild" nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, Leverkuzen təmsilçisi artıq almaniyalı futbolçunun nümayəndələri ilə danışıqlara start verib.

Qeyd edək ki, Leon Qoretska bu mövsüm "Bavariya"nın heyətində meydana çıxdığı 30 rəsmi matçda 2 qol vurub.

"Fənərbaxça" - "Nottingem" matçı bu kanalda - TV Afişa Fransa klubunun yeni baş məşqçisi bəlli olub III Liqa klubundan “Fənərbaxça”ya Günün canlı yayımlanacaq matçları - TV AFİŞA “Fənər”də ciddi itki - Əməliyyat olundu
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью