Qoretzka bu klubla razılaşdı

23.08.2026

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qoretzka bu klubla razılaşdı

Almaniya millisinin və “Bavariya”nın sabiq yarımmüdafiəçisi Leon Qoretzka karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

QOL.az xəbər verir ki, 31 yaşlı futbolçu “Aston Villa” ilə şifahi razılığa gəlib. Bu barədə tanınmış insayderlər Fabritsio Romano və Matteo Moretto məlumat yayıb.

Qoretzka “Aston Villa”nın baş məşqçisi Unay Emeri ilə birbaşa danışıqdan sonra klubun layihəsinə müsbət yanaşıb. Birmingem təmsilçisi futbolçunun tibbi müayinədən keçməsini və müqavilənin imzalanmasını gələn həftə planlaşdırır. Sənədlərin artıq hazır olduğu bildirilir.

Qeyd edək ki, Qoretzka bu yay “Bavariya”dan ayrılıb. O, Münhen klubunda 2018-2026-cı illər ərzində 312 oyuna çıxıb, 51 qol vurub və 53 məhsuldar ötürmə edib. Almaniyalı yarımmüdafiəçi bu müddətdə 7 dəfə Bundesliqa çempionu olub və 2019/20 mövsümündə Çempionlar Liqasını qazanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью