“Qornik in baş məşqçisi “Fənər heç vaxt güclü olmayıb”

20.06.2026

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Qornik Zabrze”nin baş məşqçisi Pyotr Qierçak Çempionlar Liqasının II təsnifat mərhələsində “Fənərbaxça” ilə qarşılaşacaqları oyunlar öncəsi açıqlama verib.

Apasport.az xəbər verir ki, polşalı mütəxəssis İstanbul təmsilçisini sistem baxımından güclü komanda hesab etmədiyini bildirib:

“Fənərbaxça heç vaxt sistem baxımından güclü komanda olmayıb. Orada hər şey ulduzlardan və fərdi keyfiyyətdən asılıdır”.

Qierçak “Fənərbaxça”nın heyətində keyfiyyətli futbolçuların olduğunu vurğulasa da, rəqibdən çəkinmədiklərini qeyd edib.

Qeyd edək ki, “Fənərbaxça” ilə “Qornik Zabrze” arasında ilk oyun 21-22 iyulda İstanbulda, cavab görüşü isə 28-29 iyulda Polşada keçiriləcək.

Montelladan iddialı mesaj - "Nəhayət oyun günü gəldi" Kristensen “Barselona”da qalır - Yeni müqavilə Yamal ulduzlarla yarışmır – “Hamısı məndən 10 yaş böyükdür” Aykut Kocaman sükutu pozdu - "Bu şərtlərlə işləyə bilməzdim" Ardıcıl ikinci dəfə– Baloqun matçın ən yaxşısı seçildi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью