Qoruqda dəhşət: Yırtıcı baxıcını PARÇALADI

06.08.2026

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Taylandda təbiət qoruğunun əməkdaşı vəhşi heyvanın hücumu nəticəsində ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə "The Thaiger" nəşri məlumat yayıb.

Bildirilib ki, 48 yaşlı Sakarin Viçajan işə gəlmədikdən sonra onun axtarışlarına başlanılıb. Əməkdaşları əvvəlcə şəxsi əşyalarını və mobil telefonunu, daha sonra isə qismən yeyilmiş meyitini qoruq ərazisində çay yaxınlığında aşkar ediblər.

İlkin ehtimala görə, kişi pələngin hücumuna məruz qalıb. Hadisənin dəqiq səbəbi araşdırılır.

Qeyd edək ki, "Huai Khakhaeng" Təbiət Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxildir və burada nəsli kəsilməkdə olan bir sıra vəhşi heyvan növləri qorunur.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью