Qoruqları İdarəetmə Mərkəzi sığortaçı seçir

27.01.2025

Icma.az, Report.az saytına istinadən bildirir.

Dövlət Turizm Agentliyi yanında Qoruqları İdarəetmə Mərkəzi balansındakı 7 ədəd xidməti minik avtomobilinin könüllü (KASKO) sığortalanması üçün kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 17,5 manatdır.

İddiaçılar təkliflərini fevralın 12-nə qədər Mərkəzin yerləşdiyi Bakı Şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 90A ünvanına təqdim edə bilərlər.

Təkliflərə fevralın 12-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью