“Qorxaq adamla yola çıxmaq olmaz” Azər Bağırov

09.11.2024

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Premyer Liqasının XIII turunun “Sabah” – “Kəpəz” oyunundan (2:2) sonra qonaq komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Emosiyalar qarışıq idi. Gərgin oyun oldu. Oyunu üç hissəyə bölərdim. Qola qədər, qoldan sonra və son dəqiqələr. Qələbə qazanmaq istəyirdik. Heç-heçəyə baxmaq belə istəmirik, komandada qələbə ruhu yaşatmaq istəyirəm. Qələbə istəsən, heç-heçə sənin olacaq. Meydanda döyüşməyəcəksənsə, rəqib səni üstələyəcək. Birinci məqsədimiz döyüşkən, kimdənsə çəkinməyən komanda yaratmaqdır.

– Hakimliklə bağlı fikirləriniz nədir?
– “Araz-Naxçıvan”da olan Rəşad 26-cı turda “Turan Tovuz”la oyunda idarəçilik etmişdi və sonra 10 tur cəza almışdı. Bu gün VAR-da da o idi və yaxşı şey gözləmirdim.

– Rəqibiniz “Səbail” də xal qazandı. Mübarizə gərgin keçir. Qarşıda fasilə var. Bu müddət komandaya necə təsir edəcək?
– Müsbət və mənfi cəhətləri ola bilər. İnanıram ki, fasilə xeyrimizə olacaq. Oyundan-oyuna döyüşkənlik, ritm artıb. Düşünürəm ki, xeyrimizə olacaq.

– Yeni gələndə Gəncədə veteran futbolçuların narazılığı var idi. Yəqin ki, indi bu proseslər sona çatıb…
– O, təbii hal idi. Cavan kadr görəndə şübhəli yanaşırlar. Şükürlər olsun, bu gün dəstəyimiz var. Gəncədə futbolu sevirlər. Hərənin sevgisi bir cür ola bilər. Yekunda nəticə önəmlidir. “Səbail”lə oyunda bir az zəif oynayıb ,qələbə qazandıq. Bu gün isə üstün oynadıq, heç-heçə etdik. Məncə, azarkeşlərimizin rəğbətini qazanmışıq.

– İki turdur, “Sabah” da son dəqiqədə qol buraxır, siz də son dəqiqədə qol vurursunuz…
– Uşaqlar sona qədər mübarizə aparır. Son 4 turda əlavə vaxtlarda ekstra qələbə istəyi olur. Qorxaq adamla yola çıxmaq olmaz.

Şahin Cəfərov

Əsas xəbərlər, Manşet, Premyer liqa “Kəpəz” son dəqiqə qolu ilə məğlubiyyətdən xilas oldu

9 Noyabr 2024, 21:25

Əsas xəbərlər, Premyer liqa Masazırda heyətlər bilindi

9 Noyabr 2024, 18:42

Əsas xəbərlər, Premyer liqa Premyer Liqa: XIII turun təyinatları bilindi

6 Noyabr 2024, 14:52

Əsas xəbərlər, Manşet, Ölkə futbolu “Kəpəz”in legioneri: “Premyer Liqada qalacağıq”

6 Noyabr 2024, 9:45

Əsas xəbərlər, Ölkə futbolu “Kəpəz”in komandalarına danışılmış oyunlarla bağlı seminar keçirildi

5 Noyabr 2024, 17:24

Əsas xəbərlər, Premyer liqa “Sabah” – “Kəpəz”: biletlər satışda

4 Noyabr 2024, 17:37

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью