Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Onların bu sükutu qorxaqlıq deyil, həm də yaxın gələcəkdə daha da kəskinləşəcək suallardan qaçmağa bir cəhddirƏsl həqiqət isə belədir, regionda Rusiya diktaturasının dövrü birdəfəlik başa çatıbRusiya təbliğatı Azərbaycan əleyhinə hücumlarının iflasa uğramasından sonra öz zəhərini bu dəfə Qazaxıstana yönəldib.
Dişlərini qıcayaraq Qazaxıstanda "postsovet məkanında ən böyük ABŞ konsulluğunun" tikiləcəyi xəbərindən qəzəblə danışmağa başlayıblar.
"Tsarqrad" kanalı Tokayev hökumətini "rejim" adlandıraraq, 2022-ci ilin yanvar hadisələrini təhrif edərək yenidən gündəmə gətiriblər.
Qeyd edilib ki, KTMT qoşunlarının köməyi ilə yatırılan 2022-ci il Qazaxıstan Maydanının təşkilatçılarına qarşı məhkəmə prosesi amerikalıların fəal iştirakını ortaya qoyub: "Tokayev rejimi israrla eyni səhvləri təkrar edir, elə bil ki, bu səhvlərin nəticəsi ruslara deyil, qazaxlara dəyəcək".
Siyasi şərhçi Elçin Alıoğlu deyib ki, bu yüksək təkəbbürlə dolu açıqlamalar bir şeyi açıq şəkildə göstərir.
Kremlin gözündə qonşu ölkələrin müstəqilliyi heç bir məna daşımır və Moskvanın icazəsi olmadan atılan hər addım dərhal "Qərbin sui-qəsdi" kimi dəyərləndirilir.
Ekspertin sözlərinə görə, təbliğatçılar daha da irəli gedərək, Qazaxıstana "düzgün müdaxilə etməklə" bağlı xəyal qurmağa başlayıblar: "Hətta 2022-ci il hadisələrinin nəticələrini yenidən nəzərdən keçirməyi təklif ediblər.