Qorxaq generallarımız var, 44 günlük müharibə zamanı... Paşinyan

02.04.2026

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Qorxaq generallarımız var"

"Unikal" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

"Bu necə generaldır ki, qarnı 3 metr qabağa çıxıb? Bu, ümumiyyətlə hərbçi görünüşüdür? Əsgər müəyyən fiziki hazırlıq standartlarına cavab verməlidir, - deyə o, brifinq zamanı açıqlayıb. 

Paşinyan 44 günlük mübaribədən danışarkən fərarilik hallarını qeyd edib: "Qarabağdan gəliblər, ifadəmə görə bağışlayın, onlar kişi cinsindəndirlər. Amma araşdıranda görürük ki, 44 günlük müharibə zamanı onların biri panik atakdan, biri fərari, biri də oğlunu mövqelərindən qaçıran adam olub. İndi Opera Teatrında dayanıb sinəsinə vurmaq asandır".

Ağarza Elçinoğlu 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью