Icma.az, Idmanxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Mövsüm ərzində biz eyni şeyi yazmaqdan, “Neftçi” eyni durumu yaşamaqdan bezib. Dünən hakimlər sayını unutduğumuz səhvlərindən daha birini etdi.
Ayağa qalmağa çalışan “Neftçi” yenə “vuruldu”. Həm də mövsümün finala bərabər səviyyədəki görüşdə.
Bəli, “ağ-qaralar” sevilmir, yolu bağlanır, qayıtma ehtimalı belə narahatlıq yaradır. Ancaq məsələ bununla bitmir axı.
Deyək ki, hakimlər və ya kimlər tərəfindən tənzimləndiyi bəlli olmayam bir sistem “Neftçi”ni saxlayır. Ayağa qalmağa imkan vermir. Bu fikir hər keçən gün reallıq ehtimalını artırır.
Bəs bu klubun başına gətirilənlər heç kimi narahat etmir? Hanı “Neftçi”nin əzəmətini qaytarmaq istəyən iddialı rəhbərlik? O boyda klubun 10-15 mini yoxdur ki, haqqlarını müdafiə etsin? Kim kimdən çəkinir? Görünür, AFFA-nın cəzaları sizi çox qorxudur.
O zaman sizə belə bir sual verək: Cəzadan, komfort işini itirməkdən qorxanlarla ayağa qalxacaq “Neftçi”? Milyonlarla vəsait xərcləyib komanda qurmusunuz. Bəs arxasında durmayacaqsınız?
Bu rənglərdən ötəri özünü fəda edən yüzlərlə azarkeş, Azərbaycan futbolunda ədalətin bərqərar olunması üçün mübarizə aparan bir qrup jurnalistlər bir yana, bəs idarəedicilər han? Matçdan dilxor ayrılıb bahalı avtomobillərə stadiondan ayrılmaqla olmur, bəylər. Sizin də narahat olduğunuzu görmək, eşitmək istəyirik.
Bu gün artıq “Neftçi”də baş məşqçi, futbolçular uduzmur. Onlar mübarəzi aparır, döyüşür. Üzərlərinə düşəni edirlər.
Ancaq siz uduzursunuz, qorxursunuz. Kluba sahib çıxmırsınız. Siz rəhbərlik kimi üzərinizə düşəni edib mövsümün əvvəlində hakim biabırçılıqlarına ciddi mövqe qoysadınız, bu gün vəziyyət belə olmazdı.
“Neftçi” meydan oxuyan, nəticə qazanan, cəsur mövqe sahiblərinin komandasıdır. Bu gerçəkləri özünüzə xatırladın.
Həsən Quluzadə