“Qorxma, mən səninləyəm” filminin aktyoru öldü

05.11.2024

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Qorxma, mən səninləyəm” filminin aktyoru  Artur Beryozin vəfat edib.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə onun dostu Stas Balakin məlumat verib.

Onun sözlərinə görə, Artur uzun sürən xəstəlikdən sonra Keyptaundakı xəstəxanalardan birində vəfat edib. 

“O, Cənubi Afrikanı ikinci vətəni hesab edib və orada da dəfn olunacaq”, - Balakin bildirib.

Qeyd edək ki, “Qorxma, mən səninləyəm” filmi 1981-ci ildə lentə alınıb.



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью