Qorxmaz Hüseynovun qardaşı oğlu Eldar Əzizovun müavini təyin edildi

03.04.2025

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Bakı şəhər icra hakimiyətinin başçısı Eldar Əzizova yeni müavin təyin olunub.

"Cebheinfo.az" tribunainfo.az-a istinadən xəbər verir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri Qorxmaz Hüseynovun qardaşı oğlu Ayaz Hüseynov Bakı şəhər İcra Hakimiyyətinə müavin vəzifəsinə gətirilib.

A.Hüseynov əvvəl BŞİH-in Şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb.

Daha əvvəl o, icra başçısı Eldar Əzizovun oğlu ilə birgə SOCAR-da çalışıb.

"Cebheinfo.az" 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью