Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yevlaxda 12 yaşlı oğlana tanımadığı şəxs tərəfindən məcburi narkotik verilib. Bu iddianı azyaşlının anası Gülmirə Əliyeva irəli sürüb.
Onun sözlərinə görə, övladı mağazadan qayıdarkən uca boylu, qara geyimli şəxs əvvəlcə ona suallar verib, daha sonra isə ağzına nəsə sürtüb.
Psixoloq Gövhər Məmmədova Demokrat.az-a bununla bağlı açıqlama verib.
Psixoloq bildirib ki, belə halları əfsusluq hissi ilə izləyirik:
“Qarşısının alınması üçün əlimizdən gəldiyi qədər tədbir almalıyıq. Valideynlər hər yaşa uyğun şəkildə övladlarına özlərini necə və kimlərdən qorumalı olduqlarına dair məlumat verməlidir. Həmçinin məktəblərdə aşağı siniflərdən başlayaraq uşaqlara bu mövzularda məktəb psixoloqu tərəfindən məlumat xarakterli dərslər keçirilməlidir. Ən əsası uşaqlar bilməlidir ki, valideyninə hər şeyi qorxmadan açıq şəkildə danışa bilər, çünki qorxu digər yanlış addıma zəmindir”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Onun sözlərinə görə, övladı mağazadan qayıdarkən uca boylu, qara geyimli şəxs əvvəlcə ona suallar verib, daha sonra isə ağzına nəsə sürtüb.