Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Clayface” filmi dünya prokatında ilk həftəsonunda 43 milyon dollar gəlir əldə edib.
Axşam.az xəbər verir ki, “Deadline” nəşrinin məlumatına görə, bunun 24 milyon dolları Şimali Amerikada, 19 milyon dolları isə beynəlxalq bazarlarda qazanılıb.
Təxminən 44 milyon dollara başa gələn qorxu filmi tamaşaçılardan “A” qiyməti alıb.
Ekran işi 76 ölkədə nümayişə çıxıb. Filmin ən çox gəlir əldə etdiyi ölkələr arasında 2,6 milyon dollarla Böyük Britaniya, 1,3 milyon dollarla Avstraliya və 1,2 milyon dollarla Fransa yer alıb. Braziliyada 879 min, Almaniyada 593 min, Cənubi Koreyada isə 589 min dollar gəlir əldə edilib.