Qorxulu anlar: 238 sərnişinin olduğu təyyarə təhlükə siqnalı verdi

23.01.2026

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiyanın “Azur Air” aviaşirkətinin Çin üzərində həyəcan siqnalı verən təyyarəsi Lançjouda planlaşdırılmamış eniş üçün hazırlaşır.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat verib.

Bildirilib ki, təyyarənin göyərtəsində 238 sərnişin var.

Məlumata görə, Phuket-Barnaul reysini yerinə yetirən “Azur Air” aviaşirkətinə məxsus olan “Boeing 757” sərnişin təyyarəsi Çin ərazisi üzərindən keçərkən təhlükə siqnalı verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью