Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Britaniya Silahlı Qüvvələrinin Müdafiə Qərargahının keçmiş rəisi Nikolas Houghton parlamentdə çıxışı zamanı ölkənin müdafiə büdcəsinin artırılması üçün çağırış edib. O, Qərb ölkələri, xüsusilə Britaniyanın Rusiya faktoruna görə milli təhlükəsizliyə daha çox diqqət yetirməli olduğunu bildirib.
Digər tərəfdən, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin Avropa İttifaqını yenidən silahlandırmaq qərarı da müharibəyə hazırlıq kimi dəyərləndirilib. Analitiklərin fikrincə, son zamanlarda Avropada yeni müharibə çağırışları şiddətlənib.
Globalinfo.az-a danışan politoloq Zaur Məmmədov deyib ki, Houghtonun parlamentdə çıxışı və ölkənin müdafiə büdcəsinin artırılmasına çağırış etməsi normaldır:
“Yəni o, hazırda xüsusi bir post tutmur, vəzifə sahibi deyil. Dedikləri ölkəsinin rəsmi mövqeyini yansıtmır. Bununla belə, səsləndirdiyi fikirlər, əlbəttə ki, diqqət çəkir.
Zaur Məmmədov
Rusiya–Ukrayna müharibəsi davam edir və tərəflər günü-gündən aqressivliyi artırır. Təbii olaraq, Avropa ölkələri də özlərinə qarşı bir təhdid hiss edir. Belə olan halda, hərbi xərclərin artırılması təəccüblü deyil. Son zamanlarda biz ayrı-ayrı ölkələrin silahlandığını müşahidə edirik. Həmçinin ABŞ Prezidenti Donald Trampın nüvə silahı ilə bağlı açıqlamaları da diqqət çəkir.
Lakin bu, Avropada böyük müharibənin olacağı mənasına gəlmir. Belə bir vəziyyətin yaranmasını real hesab etmirəm”.
Turan Rzayev
Globalinfo.az