Qorxulu “yuxu”ya çevrilən RİYAZİYYAT Dərsliklər qəlizdir, yoxsa müəllimlərin dərs metodu Y…
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq. Riyaziyyat fənni şagirdlərin həmişə qorxulu “yuxu”su olub.
Hər sinifdə demək olar ki, sadəcə 1-2 şagird bu fənni qavraya bilir. Valideynlərin də riyaziyyatla bağlı şikayətlərini tez-tez eşidirik.
Hətta 5-ci sinifdən sonra valideynlər ev tapşırıqlarını anlamadıqlarını deyirlər.
Müəllimlər isə bunun üçün müxtəlif arqumentlər gətirirlər.Çoxluq bunun səbəbini fənn kitablarının qəlizliyində görür.
Əvvəllər riyaziyyat fənnində tədris edilən cəbr və həndəsə ayrı kitablarda olurdusa, indi artıq riyaziyyatın bütün yönlərini bir kitabda cəmləşdirirlər.
Valideynlər deyir ki, fənnin çətin olmasının səbəbi həm də kitablarla bağlıdır.
Çünki həll yolları sadə dillə izah edilmir və ya anlaşıqsız olur.
Bəzi cümlələri valideynlərin belə anlamadığı halda 11 yaşlı uşaqların anlamasını gözləmək çətindir.Bəs şagirdlərin riyaziyyatı qavramaqda çətinlik çəkməsinin səbəbləri nələrdir?Təhsil eksperti Elmin Nurizadə Bizim.Media-ya açıqlamasında səbəbin müəllimlərin dərs metodunda olduğunu deyib.“Təəssüf ki, indi məktəblərdə nəinki riyaziyyat, hətta humanitar elmlərin qavranılmasında da çətinliklər artıb.
Tam oxu
Xəbəri oxu