Qorxunc olay: Qayalıqlarda yoqa edən rus aktrisanı dalğalar udub

02.12.2024

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rus aktrisa Kamilla Belinskaiyanın tətilə getdiyi Taylandda qayalıqlarda yoqa edərkən dalğaların arasında itdiyi bildirilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada yaşayan model və aktrisa Kamilla Belinskaia tətilə getdiyi Taylandın Koh Samui adasının qayalıqlarında səhər saatlarında yoqa ilə məşğul olmağa başlayıb. 24 yaşlı aktrisanı qəfil nəhəng dalğa dənizə sürükləyib.

Bildirilib ki, rusiyalı aktrisanın dənizə yıxıldığını görən otel işçisi dənizə atılaraq aktrisanı xilas etməyə çalışsa da, Kamilla Belinskaiayı tapa bilməyib.

İtkin düşən rusiyalı aktrisanın tapılması üçün bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyi açıqlanıb.

Qeyd olunub ki, aktrisanın yoxa çıxmazdan əvvəl meditasiya anlarını əks etdirən videosu internetdə yayılıb.

Günel Həsənova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью