Qoşa xətti heçə sayan sürücü iradı da cavabsız qoymadı VİDEO

18.09.2026

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində kobud qayda pozuntusu qeydə alınıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə sentyabrın 17-də saat 11:58 radələrində baş verib.

Videodan aydın olur ki, 77-ME-685 dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı yük maşınının sürücüsü qoşa xəttin üzərindən geriyə dönərək əks istiqamətli yola çıxıb.

Bu zaman görüntünü qeydə alan avtomobilin sürücü ona irad bildirib. Lakin “Ford Transit”in sürücüsü irada “Sənin nə işinə?” deyə cavab verib.

Xatırladaq ki, yolun hərəkət hissəsində qoşa xəttin tələbini pozaraq əks istiqamətli zolağa keçmək qadağandır. Belə manevrlər qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkəti üçün təhlükə yarada bilər.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью