Qoşa xətti tapdalayıb əks zolağa da girdi 90 UT 172 VİDEO

05.11.2026

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Paytaxtın Nərimanov rayonunda qayda pozan sürücü avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 4-də saat 17:25 radələrində Müzəffər Nərimanov küçəsində qeydə alınıb.

Kadrlardan görünür ki, 90-UT-172 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü hərəkət zolağında düzgün mövqe tutmayıb. Belə ki, o, bir müddət qoşa xəttin üzəri ilə hərəkət edib, daha sonra əks istiqamətli hərəkət zolağına qismən daxil olub.

Qeyd edək ki, qanunvericiliyin tələblərinə əsasən, 1.3 üfüqi nişanlanma xəttini kəsmək qadağandır. Sürücülər yol nişanlanmasının tələblərinə əməl etməlidirlər.

Nərmin

bax.tvhttps://bax.tv/embed/228532.html

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью