Qoşa xəttin tələbini pozan sürücü qəzaya səbəb oldu VİDEO

16.01.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Bakıda manevr qaydasını pozan sürücü qəzaya səbəb olub. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Müzəffər Həsənov küçəsində baş verib.

Belə ki, 10-XO-935 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü qoşa xəttin üzərindən geriyə dönmə manevri edən zaman qəzaya səbəb olub. O, arxadan gələn motosiklet sürücüsünə əhəmiyyət vermədiyi üçün qəza qaçılmaz olub.

Bu kimi hadisələr bir daha göstərir ki, yol hərəkəti qaydalarına əməl etmək hər bir sürücünün borcudur. Əks təqdirdə, nəinki özünün, həm də başqalarının həyatını təhlükəyə atmış olur. Məsuliyyətli və diqqətli olmaq yol təhlükəsizliyinin əsas şərtlərindən biridir.

Fərid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью