Qoşqar Təhməzli Şirvanda vətəndaşları qəbul edib

12.03.2026

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şirvanda Şirvan şəhəri və Hacıqabul, Salyan, Neftçala, Biləsuvar rayonlarından olan vətəndaşları qəbul edib.

"Unikal" xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью