Qoşqar Təhməzli şöbə müdirini işdən çıxardı FOTO

04.05.2026

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) vəzifəli şəxsi işdən çıxarılıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə agentliyin sədri Qoşqar Təhməzli müvafiq əmr imzalayıb.

Əmrə əsasən, AQTA-nın Strateji planlaşdırma, koordinasiya və icraya nəzarət şöbəsinin müdiri Cəmilova Töhfə Ramiz qızı vəzifəsindən azad edilib.

O, yeni vəzifəyə təyinatı ilə əlaqədar olaraq öz ərizəsi əsasında işdən çıxarılıb.  

Belə ki, Töhfə Cəmilova TƏBİB-in İcraçı direktorunun müşaviri təyin olunub.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью