Qotur göllə bağlı zəruri tədbirlər görüləcək

28.04.2026

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Abşeron rayonun (Masazır, Qotur gölü) 12/26 saylı kanalizasiya nasos sistemində (KNS) nasos aqreqatları bərpa ediləcək.

"Unikal" xəbər verir ki, bu barədə məlumat Azərbaycan Prezidentinin 2026-cı il 28 aprel tarixli Sərəncamına əsasən, Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısında qeyd olunub.

Məlumata əsasən, KNS-də idarəetmə paneli yuxarı səviyyəyə qaldırılacaq və digər zəruri tədbirlər görüləcək.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью