Qovlarda ev yanıb: bir nəfər ölüb

03.10.2026

Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yanğın qısa müddət ərzində söndürülüb

Tovuzda yanğın hadisəsi baş verib. AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib.

Yanğın qısa müddət ərzində söndürülüb. Yanğın nəticəsində evdə olan 1981-ci il təvəllüdlü N.Hüseynova ağır yanıq xəsarətləri alıb. Qadın FHN əməkdaşları tərəfindən evdən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. 45 yaşlı qadın xəstəxanaya yerləşdirilib və həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью