Sonxeber.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ümraniyedə metronun idarəetmə mərkəzində şübhəli şəxs silahla havaya atəş açıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə saat 20:00 radələrində Ümraniye mahalının Parseller məhəlləsindəki İBB Behiç Erkin Metro Komandanlıq Mərkəzində baş verib. Əlində silahla metronun komanda mərkəzinə gələn Y.K.-nı mühafizəçilər içəri buraxmayıb və o əsəbiləşib havaya atəş açmağa başlayıb.
Daha sonra Y.K təhlükəsizlik işçilərini girov götürməyə cəhd edib. O polis tərəfindən çətinliklə zərərsizləşdirilib.
Y.K "qəsdən adam öldürməyə cəhd" maddəsi ilə tutularaq həbsxanaya göndərilib.
Araşdırma zamanı Y.K-nın metroda dispetçer işlədiyi və işdən çıxarıldığı üçün bu əməli törətdiyi öyrənilib.
Faktla bağlı başladılan istintaq davam edir.
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255