Qoyunları daşıyan 2 yük maşınında 5 immiqrant SAXLANILDI

08.04.2025

Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qoyunları daşıyan 2 yük maşınında Əfqanıstan vətəndaşı olan 5 mühacir aşkar edilib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Amasya bölgəsində baş verib.

Yük maşını sürücüləri saxlanılıb.

Alınan məlumata görə, Qarsdan yola düşərək İstanbula doğru hərəkət edən qoyunlarla dolu iki yük maşını Amasyanın girişində polis tərəfindən saxlanılıb.

Amasya polis qrupları yük maşınlarında axtarış edib. Yük maşınlarının ikimərtəbəli çarpayı hissələrində Əfqanıstan vətəndaşı olan 5 mühacir aşkar edilib.

Qoşqularında qoyun aparan yük maşınları polis bölməsinə aparılıb, sürücülər saxlanılıb.

Mühacirlərə qarşı da proses başlanıb.

Oksana

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью