Qrabara Almaniya klubunun hədəfində

22.08.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

İtaliyanın “Yuventus” klubu Almaniya “Volfsburq”unun polşalı qapıçısı Kamil Qrabaranı heyətinə qatmağa hazırlaşır.

Futbolpress.az xəbər verir ki, bu barədə “Football Italia” nəşri məlumat yayıb. Tərəflər arasında danışıqlar uğurla yekunlaşıb.

Məlumata görə, 27 yaşlı qolkiper sonradan satınalma opsiyası ilə icarəyə götürüləcək. Keçidi rəsmiləşdirmək üçün polşalı əlcək sahibinin yaxın günlərdə Turinə gəlişi gözlənilir. 2024-cü ildən “Volfsburq”da çıxış edən Qrabara daha əvvəl “Liverpul”un gənclər komandasının və “Kopenhagen”in şərəfini qoruyub.

Xəbərdə həmçinin bildirilir ki, Turin təmsilçisinin digər qapıçıları Mikeli di Qreqorio İngiltərənin “Bornmut”, Mattia Perin isə “Palermo” yolundadır.

Ötən mövsüm 37 qarşılaşmada 71 qol buraxan qapıçının klubu Bundesliqanı tərk edib. “Yuventus” bu yay qapı xəttini ciddi şəkildə yeniləyir. İtaliya nəşrləri turinlilərin artıq “Tottenhem”dən Qulyeolmo Vikarionu transfer etdiyini bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью