Qrabara “Yuventus”a keçir

24.08.2026

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qrabara “Yuventus”a keçir

Polşalı qapıçı Kamil Qrabara Almaniyanın “Volfsburq” klubunda ikinci mövsümündə komandası ilə birlikdə Bundesliqanı tərk edib.

QOL.az xəbər verir ki, 27 yaşlı futbolçu bu yay karyerasında yeni mərhələyə addım atmağa hazırlaşır.

Mətbuatda yayılan məlumatlara görə, qapıçı Turin “Yuventus”u ilə müqavilə şərtlərini razılaşdırıb. Turin klubu transfer kampaniyasının başa çatmasına az qalmış məhz qapıçı mövqeyində rotasiyanı gücləndirmək üçün fəallaşıb.

Hazırda söhbət futbolçunun 1 illik icarəsindən və sonradan transfer hüquqlarının alınması imkanından gedir. Qrabara ehtiyat qapıçı kimi nəzərdən keçirilir.

Ötən mövsüm Qrabara 37 oyunda 71 qol buraxıb. Bu matçların 4-də isə qapısını toxunulmaz saxlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью